Modelyer yeni kolleksiyasını təqdim etdi - Fotolar

Modelyer yeni kolleksiyasını təqdim etdi - Fotolar
10981 dəfə oxunub
  • A-
  • A
  • A+

Yunanıstan səfirliyinin təşkilatçılığı ilə Bakıda modelyer Leyla Babazadənin “How art is solving problems” mövzusunda şəxsi kolleksiyasının nümayişi keçirilib.

Axşam.az “Azərtac”a istinadən xəbər verir ki, gənc modellər podiumda L.Babazadənin tikdiyi köynək və çantaların üzərində Yunanıstan səfiri Nikolaos D.Kanellosun çəkdiyi rəsmləri nümayiş etdiriblər.

Tədbirdə Leyla Babazadə Azərbaycanda yayılan dəbdən söhbət açıb. Bildirib ki, bu sahəni inkişaf etdirmək üçün peşə məktəblərinin yaradılması bacarıqlı mütəxəssislər yetişdirməyə təkan verəcək.

Modelyer toxuculuq sənayesinin inkişafından danışaraq yeni fabriklərin təsis edilməsinin vacib olduğunu da vurğulayıb.