Məşhur Hollivud ulduzu Tom Kruz Nikol Kidmanla evli olarkən övladlığa götürdüyü Konor Kruz ilə Londonda görüntülənib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük 2001-ci ildə ayrıldığı zaman Kruz uşaqları mənsub olduğu Sayentologiya təriqətinə uyğun yetişdirmək üçün onların qəyyumluğunu öz üzərinə götürmüşdü. Həmin vaxt İzabella 9, Connor isə 6 yaşında idi. Anaları Nikol Kidman ilə uşaqların o vaxtdan bəri əlaqəsi kəsilib. Belə ki, sözügedən dinə mənsub insanlar başqa dindən olan valideynləri ilə görüşə bilməzlər. Uşaqların hər ikisi Floridada təriqət mərkəzinə yaxın tutulan bir evdə bibiləri ilə birlikdə yaşayırlar.

Qeyd edək ki, 1954-cü ildə Sayentologiya din kimi ABŞ-da, Los-Anceles şəhərində fəaliyyətə başlayıb. Sayentologiyanın "din" adlandırılması çox böyük mübahisələrə yol açıb. Çünki o, xristianlığın əsas təlimlərindən fərqli ideyalar irəli sürür. Eyni zamanda, o vaxtadək Sayentologiyanı elm kimi nəzərdən keçirən bir çox adamlar onun dini mahiyyət daşıması iddiasını qəbul etmirdilər.


 



                 

Digər