Ötən gün “Altın kelebek”ə aktrisa Kəmalə Piriyevanın da namizəd olması birmənalı qarşılanmayıb. İlk reaksiya verənlərdən biri də prodüser Tarix Əliyev olub.

O, Axşam.az-ın İnstaqramda paylaşımına “Öldüm gülməkdən, heç əlaqəsi yoxdur” deyə, bildirib. Daha sonra sözügedən videonun şərh bölməsinə “Şeytandır, hər zaman cəmiyyətdə sakit görünür” sözlərini qeyd edib.

Daha sonra Kəmalə Piriyeva “Maşın” şouda səs toplamayıb, oyunu tərk edəndən sonra Tolik İnstaqram səhifəsində video paylaşaraq, ona bu sözləri ünvanlayıb:

“Bax, bu əsl ədalətli oyun oldu. Murad müəllim göstərdi ki, pul hər şeyi həll etmir. Ədalət öz yerini tutdu. Allah istəməsə kimsə heç nə edə bilməz. Lalə xalqdan səs istədi. Xalq kimin haraya sahib olduğunu göstərdi. Güvəndiyi dağlara qar yağdı. Çox sevindim. Allah bic insanları sevməz, ona buna rişxənd edənləri el içində rəzil edər. Allah kiminsə malına, puluna baxmaz. Kimsə puluna güvənib, başqasına yuxarıdan aşağı baxarsa, Allah da onun cavabını lazımi yerdə verər”.

 
 
 
 


                 

Digər