“Övladımı bacıma əmanət etdim”

“Övladımı bacıma əmanət etdim”
3956 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Sevinc Sarıyeva yaşadığı ağır xəstəliklərdən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi “Şou ATV” verilişində bildirib ki, ölümlə üz-üzə qalıb:

“Həyatın ağ və qara günləri var. Yenidən həmin günləri yaşamaq istəmirəm. Ölümdən yox, övladımın tək qalacağından qorxdum. Başımdan, ayağımdan ağır əməliyyatlar keçirmişəm. Başımdan keçirdiyim əməliyyat mənə həqiqətən də böyük zərbə vurdu. Diaqnoza görə, başımda şiş var idi. Bunu hər kəsdən gizlətdim. Əsəb və yaddaş pozğunluğum əmələ gəlmişdi. Hətta bir dəfə konsertdə mahnının sözləri yadımdan çıxdı. Səsim də tutulmuşdu. İnsanları, adi səsləri də tanımırdım. Beynimin qapağı götürüləcəkdi, daha sonra dedilər ki, burun hissədən əməliyyat olacaq. Beynimdə damar əməliyyatı keçirdim. Həmin vaxt övladımı bacıma əmanət elədim. Allah məni balama bağışladı. Torpağını itirmək, atanı əsir vermək, insana əsəb gətirir”.