Serenay özünə yeni həyat qurub

Serenay özünə yeni həyat qurub
5460 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Serenay Sarıkaya aktyor sevgilisi Kerem Bürsindən ayrılandan sonra öncə evini, sonra isə avtomobilini yeniləyib.

Axşam.az xəbər verir ki, sənətçi ötən gün İstanbulda yeni aldığı avtomobili ilə görüntülənib.

Bildirilir ki, aktrisa maşını 750 min lirəyə (təxminən 217 min manat) alıb.

Qeyd edək ki, Sarıkaya 3,5 illik münasibətini yekunlaşdırandan sonra aylıq kirayəsi 28 min lirə olan evə köçərək, özünə yeni həyat qurub.