Aparıcı Samirə Rəhimovanın məşhur proqramı “Şarm” yenidən start götürəcək.

Axşam.az-ın məlumatına görə, proqram hər həftənin şənbə günü 15.40-da “Xəzər” TV-də yayımlanacaq.

Əvvəlki layihələrdən fərqli olaraq “Şarm Samira ilə” təkcə gözəllik mövzusu ilə kifayətlənməyəcək. Verilişdə müasir yaşam tərzinə uyğun istiqamətlərdə müxtəlif rubrikalar da hazırlanacaq, daha çox maarifləndici çəkilişlər aparılmasına üstünlük veriləcək.

Proqram zamanı sosial medianın aktiv istifadəçiləri hədiyyə qazanmaq şansı əldə edəcək.

 
 
 


                 

Digər