Arif Babayev əməliyyat olunacaq

Arif Babayev əməliyyat olunacaq
1330 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev  yenidən əməliyyat olunmaq üçün Türkiyəyə gedir.

Axşam.az xəbər verir ki, bu barədə Oxu.Az-a sənətçinin özü məlumat verib.

“Diz qapağımda ağrılar var. Qoyduqları dəmirdən biri gödəkdir. Gecələr ağrırlar verir. Elə də yaxşı deyiləm. Yəqin ki, yaşla bağlıdır. Bir dəfə əməliyyat olunmuşam. Amma yenidən əməliyyat olunacam. Ola bilsin ki, 3-4 gündən sonra Türkiyəyə getdim”, - deyə Arif Babayev deyib.

Qeyd edək ki, 81 yaşlı Arif Babayev Türkiyədəki xəstəxanalardan birində ayağından əməliyyat olunub.