“Məni gözdən salmağa çalışırlar, bacarmırlar”

“Məni gözdən salmağa çalışırlar, bacarmırlar”
3788 dəfə oxunub
  • A-
  • A
  • A+

“Qara qaradır, amma ağ tez ləkə götürür. Hər zaman hər şeyi Allaha həvalə etmişəm. Güclü insanam. Bilirsiniz ki, arxadan atılan daş topuğa dəyir. İnsanlar kimin düz və ya səhv olduğunu gözəl bilirlər. Mən yenə ayaq üstdəyəm”.

Axşam.az xəbər verir ki, bu sözləri “Azxəbər”ə müsahibəsində müğənni Aysel Əlizadə deyib.

O, “Səni axtarıram” proqramında haqqında səsləndirilən evli kişi ilə üşq yaşaması barədə iddialara belə cavab verib:

“Zaman öz sözünü deyəcək. Əgər yanlışım olsaydı, bu gün depresiyada olardım. O qədər vicdansız olmamışam. Mənimlə bağlı kim nə qara piar edirsə, onun cavabını Allah verəcək. Bu gün olmasa da, sabah mütləq olacaq. Əsas odur ki, Allah hamının ürəyinə görə versin. Elə şeylərlə adamı gözdən salmağa çalışırlar, amma bacarmırlar. Məni tanıyan insanlar bilir ki, necə ürəyim var, şərəfsiz biri deyiləm. Kim nə deyirsə desin, ancaq çərçivədən çıxmasın. Allaha şükür ki, mənim arxamda duran və övladlarına bələd olan ailəm var”.