Əməkdar artist Röya Ayxan və oğlu Hüseyn “Maşın” şounun qonağı olub.

Axşam.az xəbər verir ki, verilişin aparıcısı Murad Dadaşovun Röyanın oğluyla olan söhbəti tamaşaçıların diqqətini cəlb edib.

Murad canlı yayımda Hüseynin doğulduğu gün, onun kirvəsi olduğunu da qeyd edib:

“Səhər işə gedəndə Röya mənə zəng etdi. “Oğlum olub, onun kirvəsi olarsan” sualını verdi. Mən də sevə-sevə təklifini qəbul etdim. Nəticədə gördüyünüz kimi Hüseyn kirvəsinə oxşayıb - qarın cəhətdən. O, həmişə verilişi sevə-sevə izləyir. Bəlkə də, gələn il aparıcı Hüseyn oldu”.

Daha sonra Xalq artisti ona “Aparıcı ola bilərsən” deyə, sual ünvanlayıb.

Hüseyn isə Muradın sualına “Maşın Şou”da olsam, “qağan partlayajax” sözləri ilə cavab verib. Onun cavabı tamaşaçıları güldürüb.

Sözügedən kadrlara 7.22-ci dəqiqədən baxa bilərsiniz:



                 

Digər