“Sonuncu pərdə” təqdim edildi - Fotolar + Video

“Sonuncu pərdə” təqdim edildi - Fotolar + Video
3863 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün “Sonuncu pərdə” filminin təqdimatı baş tutub.

Axşam.az xəbər verir ki, rejisorluğunu Emil Quliyevin etdiyi filmdə Ekran əsərində Vidadi Həsənov, Oqtay Mehdiyev, Əlibəy Məmmədli, Cövdət Şükürov, Nofəl Şahlaroğlu, Anar Əliyev və başqaları çəkiliblər.

Martın əvvəlində rejisor "Pərdə" filminin üçüncü hissəsinin maliyyə problemlərindən dolayı çəkilməyəcəyini desə də, bir müddət sonra çəkilişlər bərpa olunub.

Sabunçu qəsəbəsində baş tutan çəkilişlərin operatoru Orxan Abbasov, layihənin həmtəsisçisi isə Emin İbrahimovdur.

Filmin sinopsisində deyilir:

“Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta “yüz ilin” dostları belə, bir anın içində hər şeyini tamahına qurban verib səhv yola addım atırlar. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib?".

 

Məlumat üçün onu da bildirək ki, sözügedən ekran əsərinin çəkilişlərinin başlanmasına 10 gün qalmış maliyələşdirilməsi kəskin şəkildə dayandırılıb. Bundan sonra heyət sponsor olmadan filmi çəkməyə qərar verib.

Rejisor bildirib ki, bir çoxları incəsənət naminə pulsuz işləməyə razılaşıblar. İTV-nin direktoru Balaş Qasımov filmi pulsuz çəkmək üçün onları avadanlıqla təmin edib.

Qeyd edək ki, təqdimatda bir sıra sənət və şou-biznes nümayəndələri iştirak edib.