“Bizə “sevgilidirlər” deyənin ağlı yoxdur”

“Bizə “sevgilidirlər” deyənin ağlı yoxdur”
4829 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Aysun İsmayılova və reper Qurd (Fərid) “Zümrüdlə şən bazar” verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, onlar mediada çıxan sevgili olmaqları barədə informasiyaya münasibət bildiriblər.

Qurd indiyədək bu barədə danışmasa da, xəbəri təkzib edib. Aysun isə suala belə cavab verib:

“Bizi “sevgilidirlər” deyənin ağlı yoxdur. Fərid çox yaxşı insandır. Həyatımda belə dostcanlı adam birinci dəfədir görürəm. Pis vəziyyətdə insanın yanında olur. Aramızda yalnız dostluq münasibəti var”.

Qeyd edək ki, Qurd həyat yoldaşından yeni boşanıb. Onun iki övladı var.