Həftənin ilk günü hava necə olacaq?

Həftənin ilk günü hava necə olacaq?
1202 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 21-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 15-19° isti, gündüz  20-24° isti təşkil edəcək.

Bakıda gecə 15-17° isti, gündüz  21-23°  isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.  

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.  

Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.  Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz  13-18° isti təşkil edəcək.