Xatirə qalmaqal yaşadığı Elnarə ilə görüşdü - Video

Xatirə qalmaqal yaşadığı Elnarə ilə görüşdü - Video
1888 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xatirə İslam bir müddət öncə qalmaqal yaşadığı Əməkdar artist Elnarə Abdullayeva ilə videosunu paylaşıb.

Axşam.az xəbər verir ki, kadrlarda türk mahnısı ifa edən müğənninin xanəndənin yanında əyləşdiyi görülür.

Qeyd edək ki, tərəflər arasında qalmaqal E.Abdullayevanın “Oğluma müğənni qız almaram” sözlərindən sonra başlamışdı. X.İslam ona cavabında “Müğənnilik çətin sənətdir. İnsan öz sənətinə hörmətsizlik etməməlidir. Toy, məclis sayəsində özlərinə gün-güzəran qazanırlar, kəndinə su çəkdirirlər, atasına ev tikdirirlər, sonra da deyirlər ki, “Yox-yox, müğənni olmaz”. Bunu necə edə bilərlər? Bu yolla qazandığınız çörəyə qiymət qoyun, hörmətsizlik etməyin”.