Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Hər şey daxil" verilişində deyib. Müğənni mərhum Xalq artisti İlhamə Quliyevadan söz açıb. O bildirib ki, mərhumun adına tez-tez ehsan paylayır.
Seyidcahan daha sonra İ.Quliyevanın şou-biznesdə qalmaqalın təməlini qoyduğunu söyləyib:
"Qalmaqalların, kimdənsə hədiyyə brilyant alıb, onu tərifləməyin təməlini İlhamə Quliyeva qoyub. Onun mənfiliklərini danışmaq istəmirəm. Ölməzdən əvvəl mənim mahnımı almışdı. Amma higgəsi qoymadı oxuyub, başa çıxaraq".