Azər Paşa Nemətov yenidən sədr seçilib

Azər Paşa Nemətov yenidən sədr seçilib
3932 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, konfransda respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, habelə Mədəniyyət Nazirliyinin rəhbərliyi iştirak edib.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək konfransın əhəmiyyətindən söz açıb. Bildirib ki, konfransa 84 nəfər nümayəndə seçilib. Onlardan 82 nəfəri hazırda tədbirdə iştirak edir, digər iki nəfər isə üzrlü səbəbdən konfransa qatılmayıb.

O, Azərbaycan teatrının keçdiyi inkişaf yolundan, bu sahəyə göstərilən dövlətin diqqət və qayğısından bəhs edib.

Sonra Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Konfrans çərçivəsində səsvermə keçirilib. Səsvermə nəticəsində Azər Paşa Nemətov yenidən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilib.