Ronaldo İnstaqramdan 44 milyon qazandı

Ronaldo İnstaqramdan 44 milyon qazandı
3850 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur futbolçu Kriştian Ronaldo bir il ərzində İnstaqramdan 44 milyon avro qazanıb.

Axşam.az xəbər verir ki, bu haqda "La Gazetta Dello Sport" yazıb. Onun sosial şəbəkədə bir paylaşımı 900 min avrodur.

Bir il içində futbolçu 49 reklam paylaşımı edib. İnstaqramdan ən çox pul qazanan ikinci məşhur isə futbolçu Lionel Messi olub. O, 36 paylaşımdan 21,2 milyon avro gəlir əldə edib.

Siyahıda üçüncü model Kendall Cenner olub. O, 14,4 milyon avro qazanıb.