"Saqqala görə bir-birini qırırlar"

"Saqqala görə bir-birini qırırlar"
1630 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Mətanət Əliverdiyeva "Ən yaxşısı" verilişində müğənnilər Rəhim Rəhimli ilə Zamiq Hüseynov qalmaqalına münasibət bildirib.

Axşam.az xəbər verir ki, o, iki ifaçının "Saqqalı şou-biznesə ilk mən gətirmişəm" mübahisəsini mənasız hesab edib. M.Əliverdiyeva sənətçilərlə bağlı bunları deyib:

"Bizim şou-biznes müsibətdir. Camaat bəhsə girir ki, çıxım dünya turuna, tanınım. Bunlar bir-birini qırır ki, saqqqalı kim gətirib. Nə fərqi var, Zamiq, ya o biri gətirdi? Əsas gətirdiyiniz xeyrinizə yaradı?".

Qeyd edək ki, Rəhim Zamiqin "Səhnəyə saqqalı ilk dəfə mən gətirmişəm" sözlərinə etiraz bildirib. O, "ATV maqazin onlarla" proqramında "İlk dəfə saqqalı özümdə görmüşəm. Saqqal elə də bir yenilik deyil. İlk böyük səhnə çıxışı, Hollivudda, Avropada klip, prodakşn yaratmaq yenilikdir. İlk sırğanı mən taxdım, saqqal gətirmək, ilk mən geyindim və sairələr dərin mövzular deyil, fəxr etməli bir tərəfi yoxdur" sözlərini demişdi.