Trampın fotoları qalmaqallı alt paltarı reklamında

Trampın fotoları qalmaqallı alt paltarı reklamında
5218 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir idman geyimi brendinin alt paltarları üçün hazırlanan ABŞ Prezidenti Donald Trampı susdurmaq mövzulu reklam qalmaqal yaradıb.

Axşam.az xəbər verir ki, Trampın oğlu Tramp Ceyer bununla bağlı medianı sərt reaksiya verməyə səsləyib.

Nyu-Yorkda yerləşən “Times” meydanında böyük bilbordlarda yer alan reklamlarda Tramp Ağ Evin qarşısında əlləri, qolları bağlanmış halda yerə yıxılmış formada əks etdirilir. Digər fotoda isə modellər Prezidentin ağzını yapışqan lentlə bağlayır.

Reklamda kampaniyasında ən diqqət çəkən görüntü isə Trampın tualetdə oturarkən əlindən telefonunun alındığı fotodur.

Şirkət rəhbərliyi reklamın məcazi anlam daşıdığını, niyətlərinin ölkənin geriyə doğru getməsinə qarşı daha müasir bir dəyişikliyə çağırış olduğunu söyləyib.