Xalq artisti Röya Ayxan təmtəraqlı məclis keçirib.

Axşam.az xəbər verir ki, müğənni həm fəxri ad almasını, həm də oğlu Hüseynin 10 yaşını qeyd edib.

Şəhər restoranlarından birində baş tutan gecənin aparıcılığını əvvəlcə Nəsib Nur, daha sonra isə Xalq artisti Murad Dadaşov edib.

Gecənin qonaqları arasında şou-biznes nümayəndələri yer alıblar. Gecədə çıxış edən Röya “Sən mənim həyatımsan. Səni həyatda xoşbəxt və gözəl insan görmək istəyirəm” deyə, oğluna bildirib.

 
 
 
 
 
 


                 

Digər