Məryəmin keçmiş sevgilisi yeni doğulan qızından danışdı

Məryəmin keçmiş sevgilisi yeni doğulan qızından danışdı
2960 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Məryəm Üzərlinin keçmiş sevgilisi, iş adamı Can Atəş bir neçə gün əvvəl dünyaya gələn qızları haqqında danışıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Məryəmlə yenidən bir araya gəlməyə cəhd etsə də, bunun baş tutmadığına işarə vurub:

"Qızıma fərqli şəkildə "xoş gəldin" deyə bilərdim. Ona olan yanaşmama və açıqlamalarıma baxmayaraq, bu, reallaşmadı. Hər kəsin arasında anlaşmazlıq ola bilər. Hamının öz fikirləri və baxışları var. Amma bunlar özəl qalmalıdır. İndiyədək olduğu kimi, bundan sonra da bu mövzularda susmağa davam edəcəyəm. Çünki qızıma, özümə hörmət edirəm. Övladım dünyaya gəlməmişdən də hamilə qadının psixologiyasını nəzərə alaraq susurdum. Sadəcə, ata olduqdan sonra çox sayda suallarla qarşılaşıram deyə bu açıqlamanı yayıram.

Haqqımda həqiqətəuyğun olmayan sözlər danışılır. Amma zaman hər kəsə doğruları göstərəcək".

Qeyd edək ki, M. Üzərli hamilə qalmazdan bir müddət əvvəl sevgilisi ilə ayrılmışdı. C. Ateş ata olacağını bildikdə körpəni istəmədiyini demişdi.