“Maqazin Klubu” olaraq növbəti mövsümün ilk buraxılışı ilə qarşınıza çıxırıq. Bu dəfə biz - Pərviz Hüseyn, Zəhra Əhmədova və Sərvər Mehtiyev son günlər maqazin aləmində baş verən hadisələrdən, televiziyamızın yeni mövsümündəki proqramları, aparıcıları və müzakirə olunan mövzular barədə danışdıq.

Budəfə hədəfimizdə aparıcılar Zaur Baxşəliyev, Nanə Ağamalıyeva, Elgiz Əkbər, Zaur Kamal və Ülvi Həsənli oldu.

Müğənniləri də unutmamışıq: Mətanət Əsədovanın yalanları, Şəbnəm Tovuzlunun üçüncü “hamiləlik hadisəsi”, Əli Mirəliyevin “aparıcılığı”, Samirə Yusifqızının illərdir “ərə gedə bilməmək” mövzusu da “qaynar qazan”ımızda “paqqıldayıb”.

Video: İlqam Cəbiyev

Söhbət etdi: P.Hüseyn (Axşam.az), Z.Əhmədova (Axşam.az), S.Mehtiyev (Primetime.az)

İnstaqram: @maqazin_klubu



                 

Digər