Ələkbərzadə bacılarının "Zindan" təqdimatı - Fotolar

Ələkbərzadə bacılarının "Zindan" təqdimatı -  Fotolar
4711 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Kitab Mərkəzində mərhum yazıçı, jurnalist Çingiz Ələkbərzadənin "Zindan" adlı kitabının yenidən nəşr olunan versiyası təqdim edilib.

Axşam.az xəbər verir ki, kitab yazıçının qızları, Əməkdar artist Sevda Ələkbərzadə və müğənni Elmira Ələkbərzadənin (Emma) təşəbbüsü ilə latın hərfində işıq üzü görüb.

Aparıcılığını Xədicə Sənanqızının etdiyi gecədə bir çox maraqlı məqamlar yaşanıb. İlk növbədə aparıcı Emin Musəvi kitabın proloqundan parçalar səsləndirib. Xalq artisti Mehriban Zəki isə yazıçının "Darıxıram" və "Anam şöhrət" şeirlərini səsləndirib. Həmin vaxt E.Ələkbərzadə göz yaşlarını saxlaya bilməyib.

Ələkbərzadə bacıları qonaqlar üçün musiqi də təqdim ediblər. Emma pianoda ifa edərkən, Sevda atasının şeirinə bəstələdiyi mahnını oxuyub. Həmin vaxt Sevda tamaşaçılar sırasında əyləşən Akif İslamzadəyə yaxınlaşıb, onun əllərindən tutaraq ifasını davam etdirib.

Atasının kitabı haqda danışan Sevda "Bundan sonra da atamın kitablarını hazırlayıb, təqdim edəcəyik. Kitab kiril əlifbası ilə var idi. İstədik bir jurnalistin həyatını indiki gənclər də oxusun. Ona görə də latın hərfləri ilə yeni versiyada hazırladıq" deyə, söyləyib.  

Tədbir Əməkdar artist Bəhruz Vaqifoğlunun "Salam, Allahım" mahnısının sədaları altında nümayiş etdirdiyi səhnəciklə başa çatıb.

Mərasimdə Xalq yazıçısı Anar, Xalq şairi Ramiz Rövşən, əməkdar artist gülzar Qurbanova, Nərgiz Cəlilova, müğənnilər Samira Allahverdi, Nura Suri, aparıcılar Leyla Quliyeva, Kamilə babayeva və başqaları iştirak ediblər.