“Paris partladı”

“Paris partladı”
3284 dəfə oxunub
  • A-
  • A
  • A+

İnklüziv ƏSA Teatrı 4-cü mövsümün ilk tamaşa premyerası həyata keçirib.

Axşam.az xəbər verir ki, Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşasının təqdimatı Akademik Rus Dram Teatrının səhnəsində reallaşıb.

Tamaşaçılar premyerada M.F.Axundzadənin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşanı izləyiblər. Tamaşa Cümhuriyyətimizin 100 illiyinə həsr olunub.

Qeyd edək ki, “Paris partladı” tamaşasına bir bədii kitab gətirən tamaşaçıya bir bilet verilib. Bu kampaniyanın məqsədi ədəbiyyatla teatrın “oxucu – tamaşaçı” tandemini formalaşdırmaq, kitabsevərlərin teatra marağını artırmaqla yanaşı, teatr həvəskarlarının mütaliəyə marağını yüksəltməkdir. Bilet əvəzinə verilən kitablar növbəti mövsümdən etibarən mütəmadi olaraq “ƏSA” Teatrının tamaşaçılarına hədiyyə olunacaq.

Quruluşçu rejissoru Elşən Əsgərov olan səhnə əsərində rolları aktyorlar İmran Lalayev, Səmayə Ağayarova, Könül Şahbazova, Elvin Mirzəyev, Niyaz İlyasoğlu, Elsevər Rəhimov, Rafael Şahbəyli, Fərid Əliyev, Günay Məmmədova, Mehdi Cənnətifərd, Aysel Feziyeva, Orxan Əliyev Bəhram Rəhimli və Cəmilə Məmmədli canlandırıb.