Xalq artisti Könül Xasıyevanın solo konserti baş tutub.

Axşam.az xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən gecədə xanəndə sevilən mahnılarını səsləndirib.

"Yaşamağa varmı güman" adlı tədbirdə Xasıyevanı sənət dostları da tək qoymayıb. Onlar tamaşaçılar arasında əyləşərək, onu dinləyiblər.

K.Xasıyeva konsertdə meyxanaçı Namiq Qaraçuxurlu ilə bir səhnəni bölüşəcəyini desə də, istəyi gerçəkləşməyib. Belə ki, məclisdə olan Namiq konsertə gecikib. O, Xasıyeva tamaşaçılarla sağollaşanda məkana çatıb. Namiq söz verib ki, bu gün xanəndəni tək qoymayacaq.

Foto: Ramin Aslanov

 
 
 
 


                 

Digər