Oksana kraldan olan oğlunun üzünü göstərdi - Foto

Oksana kraldan olan oğlunun üzünü göstərdi -  Foto
6211 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı model Oksana Voevodina keçmiş Malayziya kralı V Məhəmməddən doğulan oğlu Tenk İsmayıl Leon Petra Bin Məhəmmədin üzünü göstərib.

Axşam.az xəbər verir ki, o, bu addımı oğlunun kralın övladı olduğunu sübut etmək üçün atdığını deyib.

oksana bildirib ki, keçmiş əri artıq övladını qəbul edib və ona dəstək olmağa başlayıb. "Bu da mənim şahzadəm. Atasına oxşayır. Analığımın hər anından zövq alıram. Təəssüf ki, atası Məhəmməd bütün bunlardan məhrum olub" deyə, model bildirib.

Qeyd edək ki, Oksana Malayziya kralına ərə getdikdən bir neçə ay sonra boşanıb. Kral modeldən dünyaya gələn oğlunu uzun müddətdir qəbul etməyib.