Şahzadə Mustafanın edam səhnəsində kobud səhv – fotolar

Şahzadə Mustafanın edam səhnəsində kobud səhv – fotolar
5200 dəfə oxunub
  • A-
  • A
  • A+

“Möhtəşəm yüz il” serialının 123-cü bölümündə Şahzadə Mustafanın edam səhnəsi böyük səs-küy doğurub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, amma bu zaman edilən kobud səhv də diqqətdən qaçmayıb.

Sultan Süleymanın əmri ilə edam olunan Mustafanın ölüm səhnəsində rejissorun etdiyi yanlışlıq hər kəsdə təəccüb doğurub. Belə ki, tarixdə də göstərildiyi kimi Osmanlı cəlladları lal və kar olublar. Serialda cəlladlar Sultan Süleymandan edam əmri aldıqdan sonra Şahzadəyə hücum çəkirlər. Burada Mustafa olduqca güclü tsəvir edilir və o, 6 cəlladı birdən itələyərək qaçmağa çalışır. Amma bu zaman Sultan Süleyman cəlladlara “Tez olun” əmrini verir. Rejissorun bu səhvi müzakirə mövzusuna çevrilib. Hər kəs Osmanlı cəlladlarının kar və lal olduğunu xatırladaraq bu əmrin verilməsini rejissorun səhvi kimi təqdim edib.