Bakıda Polşa filmləri festivalı keçiriləcək

Bakıda Polşa filmləri festivalı keçiriləcək
3012 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 12-də Bakıda IV "Visla" Polşa filmləri festivalı başlayacaq.

Axşam.az xəbər verir ki, festivalda son illərdə yalnız Polşada yox, həm də xarici ölkələrdə sevilən filmlər nümayiş etdiriləcək.

Festival çərçivəsində "Komerdiner", "Bağışlama", "Eskadrilya 303. Həqiqi tarix", "Yuliuş", "İtlə pişik kimi", "Soyuq müharibə" filmləri nümayiş olunacaq.

Festival noyabrın 17-dək davam edəcək.