"Ceyms Bond"dan sonra Sibel Can da bunu etdi - fotolar

"Ceyms Bond"dan sonra Sibel Can da bunu etdi - fotolar
2445 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Sibel Can yeni albomu "Qalata" üçün kamera qarşısına keçib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi İstanbulun Qapalı Çarşı, Qalata, Qalata qülləsi, Taksim və Misir Çarşısı kimi tarixi məkanlarında fotolar çəkdirib.

Diqqət çəkən məqam Sibel Canın Qapalı Çarşının damına çıxması olub. İfaçı bu haqda təəssüratlarını bölüşüb:

"Mənim üçün həm də turist gəzintisi oldu. Ceyms Bonddan sonra biz də Qapalı Çarşının damını kəşf etdik. Həqiqətən, möhtəşəm fotolar alındı".

Qeyd edək ki, 2012-ci ildə "Ceyms Bond" filminin səhnələrindən biri Qapalı Çarşının damında çəkilmişdi.