Kayli Cennerlə Dreyk eşq yaşayır

Kayli Cennerlə Dreyk eşq yaşayır
4061 dəfə oxunub
  • A-
  • A
  • A+

Sevgilisi və qızı Storminin atası, reper Travis Skotdan ayrılan Kayli Cennerin məşhur reper Dreyklə eşq yaşadığı iddia edilib.

Axşam.az xəbər verir ki, “People” dərgisi dünyanın ən gənc milyarderi ilə musiqiçinin bir müddət öncə yaxınlaşdığını bildirir.

Söylənilir ki, onlar son günlər birlikdə xeyli vaxt keçirirlər. Eşq dedi-qoduları isə Cennerin iki həftə öncə Dreykin doğum gününə qatılması ilə başlayıb.

Qeyd edək ki, Dreyk daha öncə Rihanna və Serena Uilyams kimi məşhurlarla sevgi münasibəti yaşaması ilə gəlmişdi. Kayli isə 2017-ci ildə reper Travis Skotla tanış olub, bir neçə ay sonra ondan hamilə olduğunu açıqlamışdı. Eks-cütlüyün 1,5 yaşında qızı var.