Ötən gün Bakı Beynəlxalq Qısa Filmlər Festivalına qatılanlar sırasında Xalq artisti Fəxrəddin Manafov da olub.
Axşam.az xəbər verir ki, onun yanında keçmiş ANS TV-nin rəhbəri Vahid Mustafayev də olub. Onlar kameraların obyektivinə söhbət edərkən yaxalanıb.
Gecəboyu festivaldakı çıxışları seyr edən V.Mustafayev və F.Manafov nümayiş etdirilən filmləri də müzakirə ediblər.