Sevgilisi ilə 23 milyonluq malikanədə yaşayacaq - Foto

Sevgilisi ilə 23 milyonluq malikanədə yaşayacaq - Foto
4583 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən bahalı boşanmasına imza atan "Amazon" şirkətinin sahibi 55 yaşlı Ceff Bezos yeni həyata başlayır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, iş adamı 49 yaşlı sevgilisi Lauren Sançez ilə birlikdə 23 milyon dollarlıq malikanəyə köçməyə hazırlaşır. 11 yataq və 25 hamam otağından ibarət olan evdə təmir işlərinin aparılması başa çatmaq üzrədir.

Qeyd edək ki, keçmiş xanımı Makkenzi Bezosa 37 milyard dollar təzminat ödəyən iş adamı hələ də, Amerikanın ən zəngin insanıdır.