Tramp 2 milyon dollar cərimələndi

Tramp 2 milyon dollar cərimələndi
3587 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ prezidenti Donald Tramp cərimələnib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-York ştatının Ali məhkəməsinin qərarına əsasən, 2016-cı il prezident seçkiləri ərəfəsində “Trump Foundation” fondunun seçki kampaniyasına vəsait köçürüldüyü üçün dövlət başçısı 2 milyon dollar təzminat ödəməlidir.

Həmin vəsait daha sonra müharibə veteranlarına yardım fonduna keçirilsə də, məhkəmə seçki kampaniyasına Tramp fondu tərəfindən yardım edilməsini qanunsuz hesab edib.