Məşhurların milyonluq üzükləri - Fotolar

Məşhurların milyonluq üzükləri - Fotolar
16634 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhurlar istifadə etdiyi aksessuarlar, geyimlər, avtomobillərlə daim gündəmdədir və bunu nümayiş etdirməkdən çəkinmirlər.

Bu dəfə Axşam.az sizə onların milyon dollarlıq üzüklərini təqdim edir:

“Taxt oyunları”nın aktrisası Sofi Törner və musiqiçi Co Conasın münasibəti evliliklə nəticələnmişdi. Məşhurun mükəmməl armudu kəsimli üzüyünün qiyməti 30 min dollardır.

Məşhur aktyor Rayan Reynoldsun Bleyk Layvliyə evlilik təklif etdiyi 12 karat təkqaş üzüyün qiyməti iki milyon dollardır.

Dünya şöhrətli reper Cey Zinin Beyonsa aldığı 18 karatlıq üzük ifaçıya beş milyon dollara başa gəlib.

Karlinin sevgilisi Coş Kaşnerin seçimi yastıq kəsimli, 8 karat təkqaşın qiyməti 500 min dollardır.

Castin Biber ile evliliyinə görə gündəmə gələn Heyli Boldvinin oval kəsimli üzüyü 10 karatlıqdır. Qiyməti isə 250 min dollardır.

Kardi Binin göz yaşı damlası şəklindəki üzüyü 8 karatdır və 500 min dollar dəyərindədir.