Məşhur müğənni "The Libertines" qrupunun solisti Pete Doherti Fransada həbs edilib.
Axşam.az xəbər verir ki, ifaçı narkotik satıcısı ilə söhbət edərkən polislər tərəfindən saxlanılıb. Müğənninin üstündə axtarış aparan polis 2 qram kokayin tapıb.
Doherti hazırda həbsxanadadır. 40 yaşındakı ifaçı 48 saat polis nəzarətində qalacaq.