Aktyorun fanatı olduğu üçün arvadını öldürdü

Aktyorun fanatı olduğu üçün arvadını öldürdü
5430 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikanın Nyu-York şəhərində yaşayan Dinesvar Budhidat xanımı Donne Dojoyu qətlə yetirib.

Axşam.az xəbər verir ki, o, cinayəti törətdikdən sonra baldızı Donnaya "bacını öldürdüm, açarlar dibçəyin içindədir" deyə, mesaj yazıb. Donna gələnə qədər isə özünü həyətdəki ağacdan asaraq intihar edib.

Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir. Belə ki, Dinesvarın xanımı məşhur Bollivud aktyoru Hritik Roşanın fanatı olub. Avqust ayında da cütlük arasında eyni səbəblə mübahisə yaşanıb. Dinesvar qadını boğmağa çalışdığı üçün polis tərəfindən uzaqlaşdırma qərarı alınmışdı.