Qulaqları eşitməsə də dj-lik edir

Qulaqları eşitməsə də dj-lik edir
3594 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı Niko Dimarko anadangəlmə kardır. Lakin o, xüsusi bacarığı sayəsində ən çox axtarılan dj-dir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı gənc səs dalğalarını hiss edərək, mahnıları tanıyır. O, yeniyetmə yaşlarında yüksək səslə musiqiyə qulaq asaraq, bu istedadının fərqinə varır. Hətta ailəsi onun eşitməsindən şübhələnərək, həkimə aparır. Lakin məlum olur ki, Niko sadəcə səs titrəmələrini hiss edir.

2008-ci ildə "Shazam" mahnı tapmaq proqramının icad edilməsi ilə Nikonun həyatı da xeyli asanlaşır. Hazırda o, ölkədəki bir çox festivallarda və yüksək təbəqəyə aid partilərdə dj-lik edir.