Nazirlikdən Xosenin bıçaqlanması ilə bağlı açıqlama

Nazirlikdən Xosenin bıçaqlanması ilə bağlı açıqlama
2035 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının Pirallahı rayonunda restoranların birində baş vermiş bıçaqlanma hadisəsində yaralılardan biri aparıcı - 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç, digəri onun qardaşı - 1988-ci il təvəllüdlü Rafael Hüseynov olub.

Səhiyyə Nazirliyindən yaralıların vəziyyəti ilə bağlı Axşam.az-a verilən məlumatda bunlar bildirilib:

“Pirallahı rayonunda vaş vermiş bıçaqlanma hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış dünən saat 18:59 da gəlib. Pirallahı rayonu Xanlar 29 ünvanından, Xose Pablo Bernardo sağ saidin kəsilmiş yarası, qardaşı 37 yaşlı Rafael Hüseynov isə qarnın çoxsaylı deşilmiş yaraları (döş qəfəsinə keçən) diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər. Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Rafael Hüseynov isə əməliyyat olunub. Hazırda müalicəsi cərrahiyyə şöbəsində palatada davam edir. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər”.