Birinin cibindən 40 qəpik, digərindən 1800 manat çıxdı - Video

Birinin cibindən 40 qəpik, digərindən 1800 manat çıxdı - Video
2904 dəfə oxunub
  • A-
  • A
  • A+

“ATV maqazin onlarla” verilişi şou-biznesin məşhur simalarından müsahibə alarkən cibindəki pulları nümayiş etdirməklərini istəyib.

Axşam.az xəbər verir ki, müxbirin istəyinə əməl edən incənət nümayəndələrinin ciblərindən fərqli pullar çıxıb.

Müğənni Elnarə Xəlilova pullarının köməkçisində olduğunu söyləyib, ancaq onun çantasından 200 manat çıxıb. Rəqqasə Fatimə Fətəliyeva isə 1810 manat pul sayıb. Ayan Babakişiyeva pul gəzdirmədiyini söyləyib. Samir Piriyevin cibindən çıxan isə 50 manat və kredit kartı olub.

Müğənni Roza Zərgərli isə 6 bank kartının olduğunu etiraf edib. Cibindən 200 manat nəğd pul çıxan ifaçının kartlarının ikisi isə köməkçisindədir.

Əməkdar artist Elza Seyidcahanın çantasından çıxan məbləğ isə cəmi 40 qəpik təşkil edib.