Tanınmış aktyor saxlanıldı

Tanınmış aktyor saxlanıldı
4997 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Cemal Hünal polis tərəfindən saxlanılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi at sürmə və oxatma dərsləri verdiyi mərkəzdə məşqçi Ufuk Tunca ilə dalaşıb.

Aktyor onun evinə çəkiclə basqın edib. Dərhal polis çağıran Ufuk Cemaldan şikayətçi olub. Araşdırma davam edərkən, hər iki tərəf anlaşıb və məşqçi şikayət ərizəsini geri götürüb. Davanın hansı səbəblə baş verdiyi isə açıqlanmır.