İlin ən çox qazanan müğənniləri - Siyahı

İlin ən çox qazanan müğənniləri - Siyahı
4824 dəfə oxunub
  • A-
  • A
  • A+

“Forbes” jurnalı hər il olduğu kimi, bu il də dünyanın ən çox qazanan müğənnilərinin adlarını açıqlayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 2019-ci ildə sərvətinə sərvət qatan sənətçilər siyahısına 185 milyon dollar gəlirlə Teylor Svift liderlik edib.

İkinci yerdə 81 milyon dollarla Beyonsdur.

Rihanna isə 62 milyon dollarla üçüncü yerdə qərarlaşıb.

57,5 milyon dollar sərvətlə Keti Perri adını siyahıda dördüncü edə bilib.

Siyahının beşincisi 57 milyon dollarla Pinkdir.

Ariane Qrande il ərzində qazandığı 48 milyon dollarla altıncı yeri tutub.

Sırada yeddinci olaraq 43 milyon dollarla Cennife Lopez qərarlaşıb.

 

Ledi Qaqa 39,5 milyon dollarla reytinqin səkkizincisi olub.

 

Selin Dion 37,5 milyon dollarla doqquzuncudur.

 

Sırada onuncu yerdə 35 milyon dollarla Şakira qərarlaşıb.