"Sultan Süleyman"ı ağladan səhnə - video

"Sultan Süleyman"ı ağladan səhnə - video
2211 dəfə oxunub
  • A-
  • A
  • A+
"Möhtəşəm yüz il" serialında Sultan Süleymanın oğlu Mustafanı öldürtməsi son günlər Türkiyə mediasının müzakirə mövzusuna çevrilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sultan" obrazını ifa edən Halit Ergenç sözügedən səhnə haqqında təəssüratlarını bölüşüb. Aktyor bu epizodun çəkilişi zamanı göz yaşlarını saxlaya bilməyib:

"Mustafanın cəlladlarla mübarizə apardığı və "Ata" dediyi anda özümü saxlaya bilməyib hönkür-hönkür ağladım. O səhnəni yenidən çəkməli olduq. Mustafanı qucağıma aldığım məqamda yenidən ağladım".