Azərbaycan mətbəxi Fransada nümayiş olunacaq

Azərbaycan mətbəxi Fransada nümayiş olunacaq
3202 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan mətbəxi Fransanın paytaxtı Parisdə keçiriləcək beynəlxalq festivalda nümayiş etdiriləcək.

Axşam.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan 15-17 noyabrda Parisdə "Grand Palais" (Böyük Saray - red) də təşkil olunan "Festival du bien-manger"də ("Yaxşı yemək" festivalı - red) təmsil olunacaq.

Festival 3 gün davam edəcək. Tədbirdə Özbəkistan, Cənubi Koreya, Mərakeş, İspaniya da daxil olmaqla, 10-a yaxın ölkənin mətbəxi nümayiş etdiriləcək.