“Müğənnilər qohumunun ölümü ilə gündəmə gəlir”

“Müğənnilər qohumunun ölümü ilə gündəmə gəlir”
1817 dəfə oxunub
  • A-
  • A
  • A+

“Sənət aləmində fağır adam yoxdur. İllər onu dəyişdirir. Bu da sağlam olmayan rəqabətdən, qarşısına çıxan adamlardan, layiq olmadığı sözləri eşitməkdən irəli gəlir”.

Axşam.az xəbər verir ki, bu sözləri “X maqazin” proqramında Əməkdar artist Gülüstan Əliyeva deyib.

O, veriliş zamanı gündəmə “Həci” mövzusu və qohumlarının vəfatı ilə gələn ifaçıları qınayıb:

“Qohumunun ölümü ilə gündəmə gəlirlər. Bununla al-ver edirlər. Bir az da olsa, sənətiniz var. Bu “Hacı”, “bacı” mövzularını kənara qoyun. Sənətinizlə sevilin, əzizlərim”.