Dədə Süleymanın 75 yaşı oldu

Dədə Süleymanın 75 yaşı oldu
1274 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Dədə Süleyman kimi tanınan əməkdar artist Süleyman Abdullayevin 75 yaşı tamam olur.

Axşam.az xəbər verir ki, S. Abdullayev ilk təbriklərini həmkarlarından alıb:

“Kefim çox yaxşıdır. İnsanın üzünü güldürən səbəb varsa, niyə də kövrəlsin? Səhər saatlarından sənət dostlarımın ürəkaçan sözlərini eşidirəm. İlk təbriklərimi də Arif Babayev, Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Canəli Əkbərov, Nəzakət Teymurova, Qoçaq Əsgərov, Babək Niftəliyevdən almışam. Siyahi genişdir”.

Qeyd edək ki, əməkdar artist bu gün evində yaxınlarının əhatəsində olacaq. Fevralın 16-da isə adıçəkilən və digər sənət adamları xanəndənin yubiley məclisinə toplanacaq. Növbəti günlərdə Füzuli Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Süleyman Abdullayevin doğulduğu bölgədə 75 yaşı qeyd ediləcək.