"Deyirdilər, atanı qocalar evinə qoy"

"Deyirdilər, atanı qocalar evinə qoy"
1401 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Şəbnəm Tapdıq "Bizimləsən" proqramına qonaq olub.

Axşam.az xəbər verir ki, sənətçi dünyasını dəyişən atası, şair İlyas Tapdıqdan bəhs edib. O bildirib ki, ətrafındakılar ona atasını qocalar evinə qoymağı məsləhət görüb:

"Anam 8 il əvvəl dünyasını dəyişdi. Atam ağladı ki, mənə kim baxacaq? Dedim, ölməmişəm, özüm. Ailəli olsam da, atama baxardım. Ayaqlarına kimi yuyurdum, iyrənmirdim. Mənə deyirdilər ki, atanı apar qoy qocalar evinə, baxıcı tut, onun ayağını yusunlar. Həmin insanlara ayıb olsun, qurban olum atamın ayağının suyuna. Necə belə vicdansız olmaq olar?".