"Gülü ilə qardaş-bacıyıq" - Video

"Gülü ilə qardaş-bacıyıq" -  Video
3219 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Rafiq Hüseynov (Rəmiş) ad gününü "Şou ATV" verilişində keçirib.

Axşam.az xəbər verir ki, gitara ifaçısının həyat yoldaşı gülü xanım canlı efirdə onunla bağlı açıqlama verib. Onun "Biz Rəmişlə dostuq, dost sevgisi etiraf edərəm. Onunla qayalar aşıb, dərələr keçmişik. 41 ildə başıma 41 daş dəydi" sözləri studiyadakıları da güldürüb.

Rəmiş isə "Gülü ilə qardaş-bacıyıq. 41 il sevgi qalar?" cavabını verib.

Övladları olmaması ilə bağlı suala isə Gülü "Rəmiş məni atıb getdi. Qayıdanda isə gec oldu" sözləri ilə münasibət bildirib.