Kraliçanın brilyant boyunbağısını taxdı

Kraliçanın brilyant boyunbağısını taxdı
3250 dəfə oxunub
  • A-
  • A
  • A+
Uels şahzadəsi Uilyamsın xanımı Keyt Middlton Londonda keçirilən milli qalereyaya qatılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hersoqinya dəbdəbəli geyimi və aksessuarları ilə seçilib.

O, tanınmış modelyer Cenni Pekhemin əl işi olan tünd-firuzəyi rəngdə libas geyinib. Ən diqqət çəkən məqam isə Middltonun kraliça II Yelizavetanın brilyant boyunbağısını taxması olub. Sözügedən boyunbağı kraliçaya 1947-ci ildə toy günündə təqdim olunub.

Qeyd edək ki, bir müddət əvvəl II Yelizaveta hersoqinyaya daha eleqant tərzdə geyinməyi tövsiyə etmişdi.