“Oturacaqlar” “Ən yaxşı film” seçildi

“Oturacaqlar” “Ən yaxşı film” seçildi
3178 dəfə oxunub
  • A-
  • A
  • A+

Bişkek şəhərində görkəmli qızğız aktyoru, SSRİ Xalq artisti Suymenkul Çokmorovun xatirəsinə həsr olunan Müstəqil Dövlətlər Birliyi (MDB) gənc rejissorlarının VII “Umut” Forumu başa çatıb.

Axşam.az xəbər verir ki, forumda Qırğızıstan və MDB kinematoqrafçılarının 32 qısametrajlı filmi nümayiş olunub.

Bu forumda ölkəmizi Orxan Ağazadənin “Oturacaqlar” və Daniel Quliyevin “Yaramaz” filmləri təmsil edib.

Forumun sonuncu günü qaliblərin adları açıqlanıb. Münsiflər heyətinin qərarı ilə milli film nominasiyasında qırğız rejissoru Aydan Topçubaevanın “Ayana”, beynəlxalq nominasiyada isə Orxan Ağazadənin “Oturacaqlar” ekran əsərləri “Ən yaxşı film” seçilib.