Məşhur ifaçının bacısı oğlu həmcinsi ilə evləndi - Fotolar

Məşhur ifaçının bacısı oğlu həmcinsi ilə evləndi - Fotolar
16545 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Sevda Demirelin Los-Ancelesdə yaşayan bacısı oğlu həmcinsi ilə evlənib.

Axşam.az xəbər verir ki, “Snobmagazin”də yer alan xəbərə görə Brendon Demirel üç ildir sevgi münasibəti yaşadığı Denni Karrasko ilə ailə həyatı qurub.

Onların toyu ötən yay baş tutub. Cütlüyün nişanı isə 21 iyul 2016-cı ildə gerçəkləşib.

Cütlüyün evliliyi ailə arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

Sevda Demirel isə “Homofob deyiləm, amma iki bığlı adamın evlənməyi məni dərindən yaraladı. Yeganə bacım oğlunun toy şəkilləri mənə göndəriləndə böyük şok yaşadım. Fotolarda gəlin yox idi. Onun evliliyindən sonra həblər və sakitləşdirici dərmanlar istifadə etmişəm. Atam nəvəsinin belə evləndiyini görsə, çox üzülərdi. Təəssüf ki, əxlaqi dəyərlər pozulur. Azğınlığı alqışlamıram. Müasirlik bu deyil” deyə, bildirib.