Əbülfəs Qarayev Abuzər İbrahimi Türkmanla görüşdü - Fotolar

Əbülfəs Qarayev Abuzər İbrahimi Türkmanla görüşdü - Fotolar
3144 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev Dünya dini liderlərinin II Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axşam.az xəbər verir ki, Əbülfəs Qarayev Azərbaycan ilə İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu və bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini bildirib: “Bizim mehriban dostluğumuz, qonşuluğumuz və tarixi əlaqələrimiz bu prosesə böyük təkan verir. Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır".

Nazir qeyd edib ki, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Qonşu ölkənin kino mütəxəssisləri ilə birgə layihələrdən söz açan Əbülfəs Qarayev Azərbaycanda İran kinosunun uğurlarının diqqətlə izlənildiyini dedi, bu sahədə İranın təcrübəsindən istifadə edilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüş zamanı hər iki ölkədə mədəniyyət sahəsi üzə fəaliyyət göstərən televiziya kanalları arasında əməkdaşlığın qurulması və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.